Kamal Sunalın filmlərində də sürdüyü maşını satışa çıxarılıb - FOTO
Yeşilçam və türk kinosunun sevilən aktyoru Kemal Sunalın 1984-cü ildə Almaniya turnesi zamanı aldığı və bir çox filmlərində istifadə etdiyi 1984-cü il model “Mercedes”i satışa çıxarılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, maşını indiki sahibi Ahmet Yılmaz satır.
Sunal avtomobili ilə “Keriz”, “Sevimli Hırsız”, “Garip" kimi filmlərinin bir çoxunda çəkilib.
Giresunda yaşayan Ahmet Yılmaz, Kamal Sunalın 1984-cü il model, “34 NZ 427” nömrə nişanlı maşınını alıb.
2007-ci ildən bu günə qədər avtomobilə gözü kimi baxdığını deyən Yılmaz daha sonra onu satmaq qərarına gəlib.
Yılmaz, Kamal Sunalın xatirəsi olan avtomobilin təkcə pulunu ödəyənə deyil, onun xatirəsinə hörmət edən, maşınına yaxşı baxacaq birinə də verilməli olduğunu bildirib.
Kamal Sunalın həyat yoldaşı Gül Sunalın daha əvvəl avtomobili almaq istəmədiyini qeyd edən Yılmaz, “Mərhum Kamal Sunalın ölümündən sonra dəvətlə onun 72 yaşına avtomobillə qatıldım. Kamal Sunalın həyat yoldaşı və yaxınları avtomobilə böyük maraq göstərib. Hətta həyat yoldaşı və qızı çox təsirləndi. Burada jurnalistlərin həyat yoldaşı Gül Sunaldan “Maşını almaq istəyirsənmi?” deyə soruşduqda, o, göz yaşlarını saxlaya bilməyib və almaq istəmədiyini bildirib:
“Bu maşını alaram, amma mən o xatirələrə dözə bilmirəm, o yükü daşıya bilmirəm”.
Maşının indiki sahibi isə, "Bu gün nə düşünəcəklərini bilmirəm, amma məndən sonra Kamal Sunalın xatirəsinə daha yaxşı baxacaq və onu qiymətləndirəcək birinin olmasını istərdim" deyib.
Oxşar xəbərlər
Kemal Sunalın ev muzeyi yaradılacaq - FOTO
Mərhum aktyor Kemal Sunalın ev muzeyi yaradılacaq. BAKU.WS xəbər verir ki, muzeydə "Şaban" adı ilə yaddaşlara həkk olunan aktyorun şəxsi əşyaları və film afişal...