Ceff Bezos sevgilisinə evlənmə təklifi edib nişanlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Amazon"un qurucusu Ceff Bezos evlilik yolunda ilk addım atıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, milyarder 5 ilə yaxındır sevgili olduğu ameriaklı aparıcı Lauren Sanchezlə nişanlanıb.
"The Times"da yer alan məlumatlara görə, Ceff Laurenə ürək formalı bahalı üzüklə evlənmə təklifi edib.
Artıq cütlük toya hazırlaşır.
Bezos açıqlamalarından birində Sanchez haqqında "Həyatımda tanıdğım ən cəsur və gözəl qəlbli insandır. Adama ilham verir" sözlərini söyləyib.
2022-ci ildə mətəbər tədbirlərdən birində görüntülənən cütlük Bezosun sərvətinin xeyriyyə işlərinə sərf edildiyini bildirib.
Xatırladaq ki, Ceff daha əvvəl Makkenzi Skottla 25 il evli olub. Onların 4 övladı var idi. Bezosla Makkenzinin ayrılığına səbəb Laureni göstərirlər.
Oxşar xəbərlər
Dünyanın ən nüfuzlu qadınları açıqlandı
“Amazon”un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı, yazıçı Makkenzi Skott “Forbes” jurnalının dünyanın 100 ən güclü qadını siyahısında birinci olub. BAKU.WS...