Cəbrayılda tikiləcək günəş elektrik stansiyasının dəyəri açıqlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayılda bp şirkətinin tikəcəyi 240 meqavatt gücündə günəş elektrik stansiyasının investisiya dəyəri təxminən 200 milyon dollar olacaq.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.
"bp ilə imzalanmış saziş çərçivəsində Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün tədqiqat işləri aparılır. Bundan başqa, Qarabağda kiçik su elektrik stansiyalarının bərpası planlaşdırılır. Bu günədək artıq 4 kiçik su elektrik stansiyası bərpa olunub. Həmçinin, bu il beş kiçik su elektrik stansiyasının tikintisi planlaşdırılır", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın enerji sahəsinin inkişaf prioritetlərindən biri layihələrin özəl sektorla birgə reallaşdırılmasıdır.
"Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində bir sıra analoji layihələrin reallaşdırılması planlaşdırılır", - T.Əmmayev deyib.
Oxşar xəbərlər
Qarabağda işləmək istəyən şəxslərin NƏZƏRİNƏ! - Bu güzəştlər olacaq - VİDEO
İşğaldan azad edilmiş ərazilərdə yaradılmış Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının rezidentləri ölkənin bütün sənaye parklarına şamil...