“Caliber”: Erməni tərəfinin cəsədlərin axtarışını aparmasına niyə qadağa qoyulub?
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni tərəfi hələ də Murov silsiləsi istiqamətində vuruşan itkin düşmüş Azərbaycan hərbçilərinin basdırıldığı yerləri (və ya olduqları yerləri) göstərməkdən imtina edir.
Bu barədə “Caliber” layihəsi öz mənbələrinə istinadən “Telegram” hesabında yazıb.
“Mövsüm, sərt hava şəraiti, dağlıq ərazi və ən əsası - minalarla dolu böyük bir ərazi axtarış missiyası üçün problemlər yaratmağa davam edir.
Buna görə də, erməni tərəfinin bizim ərazimizdə cəsədlərin axtarışını aparmasına qadağa qoyulması ilə bağlı bütün suallar Ermənistanın hərbi-siyasi rəhbərliyinə ünvanlanmalıdır. Ya mina xəritələri və qəhrəmanlarımızın basdırıldığı yerlərin dəqiq koordinatları, ya da hələ götürülməmiş erməni silahlıları azad edilmiş torpaqlar üçün gübrə rolunu oynamağa davam edəcək”, - deyə “Caliber” bildirib.
Oxşar xəbərlər
“Ruhlar şəhərində” ölümə bir addım - REPORTAJ - VİDEO
Səfər edəcəyimiz yer 30 ildən sonra mənfur düşmən Ermənistan tərəfindən işğaldan azad edilən Ağdam rayonu idi. “Həyəcanlı deyildim” desəm, yalan olardı. Çünki b...