Bu xidmətə görə əlavə pul ödəniləcək - YENİ QƏRAR

"E-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təqdim olunan "Dövlət rüsumu" haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsi zamanı hər bir dövlət rüsumu tutulmalı olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş"ə görə 0.02 manat məbləğində xidmət haqqı tutulacaq və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin orqanın xəzinə hesabına köçürüləcək.
Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Oxşar xəbərlər
Azərbaycan Avropa İttifaqı Şurasının iclasında təmsil olunacaq
Avropa İttifaqı Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək. BAKU.WS xəbər verir ki, görüşdə Aİ-ni...
