Bu ölkənin Prezidenti koronavirusa yoluxub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ekvador Prezidenti Gilyermo Lasso koronavirusa yoluxub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti tviterdə məlumat yayıb.
"Prezident Gilyermo Lassonun COVID-19 üçün test müsbət çıxıb", - məlumatda deyilir. Qeyd olunur ki, dövlət başçısında xəstəliyin əlamətləri yoxdur, o, peyvənd olunub və “müvafiq tibbi protokollara əməl edəcək”.
Ekvador hökuməti ötən ilin sonunda ölkədə koronavirusa qarşı məcburi peyvənd olunma barədə qərar qəbul edib. Rəsmi rəqəmlərə görə, hazırda 14 milyon insan tam peyvənd olunub ki, bu da əhalinin 79,4 %-ni təşkil edir. Ekvadorda pandemiya başlayandan indiyədək 899 mindən çox insan koronavirusa yoluxub, 35,6 min nəfər ölüb.
Oxşar xəbərlər
Türkiyədə dəhşətli meşə yanğınlarından ürək ağrıdan GÖRÜNTÜLƏR - VİDEO
Türkiyədə dəhşətli meşə yanğınları davam edir. BAKU.WS xəbər verir ki, meşə yanğınları bu günə kimi Kayseri, Manisa, Kütahya, Balıkesir, Kilis, Kahraman Maraş,...