Bu ölkədən "meymun çiçəyi"nə görə 21 günlük KARANTİN QƏRARI
23
may
2022
07:56
Belçika hakimiyyəti "meymun çiçəyi" xəstəliyinə yoluxanlar üçün 21 günlük karantin tətbiq etmək qərarına gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə yerli "La Libre Belgique" qəzeti məlumat yayıb.
Qərar ölkədə xəstəliyə 3 yoluxma aşkar edildikdən sonra risk qiymətləndirmə qrupunun iclasından sonra qəbul edilib.
"Meymun çiçəyi" virusu aprel və may aylarında Qərbi Avropanın bir sıra ölkələrində, eləcə də digər qitələrdə yayılıb.
Oxşar xəbərlər
İsveçrədə meymun çiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb
İsveçrənin Bern kantonunda meymun çiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb. BAKU.WS xəbər verir ki, ev şəraitində təcrid olunan pasiyentin son günlər ünsiy...