Bu ölkədə zəlzələ zamanı pulsuz yemək və içki təklif edəcək avtomatlar qurulur

Bu ölkədə zəlzələ zamanı pulsuz yemək və içki təklif edəcək avtomatlar qurulur
Siyasət 36

Yaponiyada fövqəladə hallarda pulsuz yemək və içki təklif edəcək avtomatlar böyük zəlzələ və ya tayfun ehtimalı yüksək olan yerlərdə yerləşdirilməyə başlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə zəlzələ gözlənilən sahil şəhəri Akoda iki maşın quraşdırılıb.

Bunkerlərin yaxınlığında 300-dən çox içki və qida əlavələri, 150 təcili ərzaq məhsulları olan maşınlar yerləşdirilib.

"Biz bu maşınları Yaponiyanın hər yerində quraşdırmaq istəyirik" - deyə qurğunun istehsalçısı Earth Krpun nümayəndəsi bildirib. Bundan başqa, Yaponiyanın paytaxtı Tokioda bir parkda fövqəladə yayımları avtomatik həyata keçirəcək radio ilə təchiz olunmuş qurğu yerləşdirilib.

Son xəbərlər