Bu ölkədə homoseksuallar EDAM EDİLƏCƏK
Homoseksuallığın qanunsuz olduğu Uqandada yeni qərara görə, homoseksualları ömürlük həbs cəzası gözləyir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, həmçinin yaşı 18-dən az olan biri ilə homoseksual münasibətdə olan və HIV/QİÇS xəstəliyi də daxil olmaqla ömürlük yoluxucu xəstəlikləri olan şəxslər edam ediləcək.
Məlumata görə, dünyanın aparıcı sağlamlıq kampaniyası qruplarından biri olan Pepfar, UNAids və Qlobal Fond birgə bəyanatda qanunun "zərərli təsirlərindən" dərin narahat olduqlarını bildiriblər.
Daha sonra ABŞ prezidenti Co Bayden qanunun qəbulunu "ümumbəşəri insan hüquqlarının faciəli şəkildə pozulması" adlandırıb və Uqandadan qanunu dərhal ləğv etməyə çağırıb.
Bir qrup uqandalı qanunun LGBTQ+ insanların hüquqlarını pozduğunu əsas gətirərək ləğv edilməsi üçün müraciət ediblər.
Xatırladaq ki, analoji qanun 2014-cü ildə Uqanda konstitusiya məhkəməsi tərəfindən ləğv edilib.
Oxşar xəbərlər
Uqandada 11 nəfər Eboladan ölüb
Bu ay Uqandada başlayan Ebola epidemiyası 11 nəfərin ölümünə səbəb olub. BAKU.WS TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Keniyanın “Nat...