Bu ölkədə deputatlara "TikTok"dan istifadə qadağan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda "TikTok" sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "New Zealand Herald" nəşri yazıb.
Quraşdırılmış "TikTok" tətbiqi martın 31-dən deputatların bütün telefonlarında işləməyəcək.
"Millət vəkilləri və parlamentin bütün əməkdaşlarına "TikTok"un bütün xidmət cihazlarından silinəcəyi barədə məlumat vermişik", - deyə Parlament administrasiyasının rəhbəri Rafael Qonsales-Montero bildirib.
Onun sözlərinə görə, parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir.
Oxşar xəbərlər
ABŞ da “TikTok”u qadağan etməyə hazırlaşır
Amerika Birləşmiş Ştatları (ABŞ) “TikTok” sosial şəbəkəsini ölkənin hər yerində qadağa etməyə hazırlaşır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ...