Bu komitənin nümayəndə heyəti Dmanisidəki hadisələrə görə Gürcüstana getdi
Yeniliklərdən dərhal xəbərdar olun
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstanda səfərdədir.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, Komitə Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızla bağlı məsələlərə həssaslıqla yanaşır və onların problemlərini daim diqqət mərkəzində saxlayır.
Nümayəndə heyətinə komitə sədrinin müavini Vaqif Seyidbəyov rəhbərlik edir.
Səfər çərçivəsində soyadaşlarımızın kompakt yaşadığı ərazilərdə görüşlər keçirilir, onların problemləri dinlənilir, dostluq və mehribanlıq şəraitində yaşamaq, ümumi fəaliyyət göstərmək istiqamətində danışıqlar aparılır.
Nümayəndə heyətinin Gürcüstanın bir sıra dövlət orqanlarında görüşləri planlaşdırılıb.
Xatırladaq ki, mayın 16-da Gürcüstanın Dmanisi şəhərində azərbaycanlılar və svanlar arasında qarşıdurma yaranıb. Buna Dmanisinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücum səbəb olub.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...