Bu ilin sonunadək daha 215 ailə azad olunmuş ərazilərə köçürüləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir:
"Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub".
Oxşar xəbərlər
“Ağdamda hər kəs öz evini istədiyi kimi tikə bilməyəcək” - İcraçı direktorla MÜSAHİBƏ + FOTO
Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz doğma torpaqlarına qovuşdu və 30 illik həsrət sona çatdı. Torpaqlarımız işğaldan azad ediləndən son...