Bu il Gürcüstan Azərbaycanın 3 vətəndaşını deportasiya edib

Bu il Gürcüstan Azərbaycanın 3 vətəndaşını deportasiya edib
Siyasət 70

Bu ilin II rübündə Gürcüstandan 1 Azərbaycan vətəndaşı deportasiya olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Aprel-iyun ayları ərzində qonşu ölkədən çıxarılan Azərbaycan vətəndaşı 18 yaşında gənc qadın olub.

Hesabat dövründə Gürcüstan ərazisindən ümumilikdə 7 xarici ölkə vətəndaşı çıxarılıb.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstandan iki Azərbaycan vətəndaşı deportasiyası edilib.

Oxşar xəbərlər

Son xəbərlər