Bu Hollivud ulduzlarının qohum olduğu ortaya çıxdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktyor Maykl Duqlasla aktrisa Skarlett Yohansonun qohum olduğu ortaya çıxıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Duqlas bu barədə məlumatı "Finding Your Roots" adlı proqramda öyrənib.
Bunu eşidən 79 yaşlı aktyor çox təəccüblənib:
"Zarafat edirsiniz? Bu inanılmazdır. Çox yaxşı...".
Proqramın aparıcısı Henri Qeyts Cr-nin sözlərinə görə iki aktyorun DNT testində 4 xromosomda oxşarlıq aşkarlanıb.
Daha sonra Duqlas Skarletti yenidən üz-üzə görməyi səbirsizliklə gözlədiyini qeyd edib. Aktyorla qohumu Skarlett "Marvel" filmlərindəki obrazları ilə məşhurdur.
Maykl həmkarı Ketrin Zeta-Consla 23 ildir ki evlidir.
Oxşar xəbərlər
Vaksinlə insanlara çip taxdığı deyilən Bill Qeyts danışdı
Dünya koronavirus pandemiyası kimi böyük bir təhlükəni geridə qoyub. Milyonlarla insanın həyatını itirdiyi pandemiya təkcə bununla kifayətlənməyib, həm də düny...