Bu gündən Türkiyədə dağıntıların təmizlənməsi prosesinə başlanılıb

Bu gündən Türkiyədə dağıntıların təmizlənməsi prosesinə başlanılıb
Siyasət 227

Bu gündən etibarən Türkiyədə axtarış-xilasetmə işləri ilə yanaşı ağır texnika vasitəsi ilə dağıntıların aradan qaldırılması prosesinə də başlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, təmizləmə işlərində əvvəl dağıntılardan nümunələr götürülür. Ardınca isə ağır texnikalar işə başlayır.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Son xəbərlər