Bu gün Türkiyədə yalnız Azərbaycanın xilasedicilər qrupu qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Türkiyədə yalnız Azərbaycanın xilasedicilər qrupu qalıb.
Bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, digər bütün axtarış-xilasetmə qrupları artıq öz ölkələrinə geri dönüblər.
"Bildirmək istəyirəm ki, azərbaycanlı xilasedicilər 53 Türkiyə vətəndaşının həyatını xilas edib, onlardan 17-si uşaqdır. Onlar, həmçinin dağıntıların altından 780 nəfər həlak olan vətəndaşın cəsədini çıxarıblar",- nazir müavini deyib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Qeyd edək ki, Azərbaycan Respublikası FHN xilasediciləri Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə ezam olunmuşdular.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 218 nəfərə çatıb
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı yenə artıb. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat ya...