Bu gün Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün - oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı baş tutacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, iclasa Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.
Onların arasında Azərbaycan da var.
Ölkəmizdən başqa iclasda Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.
Toplantının açılış mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq, 18:00-da isə ikitərəfli görüşlərə start veriləcək.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...