Bu gün Odessadan 50-dən çox azərbaycanlının təxliyyəsi gözlənilir
Yeniliklərdən dərhal xəbərdar olun
“Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu günə kimi Odessadan 500-dən çox azərbaycanlını təxliyyə edib”.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya təşkilatın sədri Rövşən Quliyev məlumat verib.
O bildirib ki, artıq təxliyyə üçün müraciət edənlərin sayı azalıb.
“Dünən 60-a yaxın şəxsin təxliyyəsini həyata keçirmişik. Bu gün də 50 nəfərin təxliyyəsi planlaşdırılır. Soydaşlarımız kiçiktutumlu avtobuslarla təxliyyə edilir”, - Rövşən Quliyev qeyd edib.
Oxşar xəbərlər
Bu gün Xarkovdan Polşaya daha 200-dək azərbaycanlının təxliyyəsi planlaşdırılır
“Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 150-200-ə yaxın azərbaycanlının təxliyyə edilməsi planlaşdırılır”. Bunu “Report”a açıqlamasında hazırda Polşada ola...