Bu gün Əfv Komissiyasının iclası başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Prezident yanında Əfv Komissisiyasının ilk iclası başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, iclasda sonuncu əfv fərmanından sonra daxil olan ərizələrin müzakirəsi aparılacaq. İclasların yaxın günlərdə müntəzəm keçirilməsi nəzərdə tutulub.
Komissiya işini yekunlaşdıraraq siyahını dövlət başçısına təqdim edəcək. Əfv Sərəncamının 28 May ərəfəsində imzalanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Oxşar xəbərlər
Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktı - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi göndərib. BAKU.WS "report"...