Bu gün Azərbaycan ilə İsrail arasında sənəd imzalanacaq
Bu gün Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrailin İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalanacaq.
BAKU.WS xəbər verir ki, sənəd Azərbaycan-İsrail biznes forumu çərçivəsində imzalanacaq.
Sənədi Azərbaycan tərəfdən ASK prezidenti Məmməd Musayev, İsrail tərəfdən isə MAI-ın sədrinin müavini Natanel Hayman imzalayacaq.
Bu sənədlə iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında fikir mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.
Xatırladaq ki, bu gün İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Oxşar xəbərlər
Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib
Azərbaycan və İsrailin xarici işlər nazirlikləri arasında geniştərkibli görüş keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Qeyd edilib ki, tə...