Bu gün açılan Zəfər Muzeyinin bir divarına şəhidlərimizin adları HƏKK OLUNUB
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılışında iştirak ediblər.
BAKU.WS xəbər verir ki, muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş "Dəmir yumruq" instalyasiyası və Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunub.
Muzeyi əhatə edən divarda isə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib.
44 günlük Vətən müharibəsində və ondan sonra ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin adlarına, eyni zamanda, muzeyin ekspozisiya zallarında da rast gəlmək mümkündür.
Qeyd edək ki, Zəfər Muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.
Oxşar xəbərlər
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Buxarestdəki "Club Diplomatic" sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. B...