Bu dondurmalarda bakteriya aşkar edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir.
Agentlikdən verilən məlumata görə, ümumilikdə, uyğunsuzluq aşkar edilmiş partiyaya aid olan 2101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv ediləcək. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.
Xatırladaq ki, 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya aşkarlanıb. Həmçinin Agentliyin apardığı növbəti monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha 2 dondurma məhsulunda təhlükəli hesab olunan “Enterobacteriaceae” bakteriyası aşkarlanıb.
Aşkar olunmuş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim edilib. Eyni zamanda uyğunsuzluq aşkar edilmiş dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...