Bu ayın sonunadək Azərbaycandan Rusiyaya aviareyslər planlaşdırılır

Bu ayın sonunadək Azərbaycandan Rusiyaya aviareyslər planlaşdırılır
Siyasət 310

"Bu ayın sonunadək Rusiya vətəndaşlarının geri qayıtması üçün Azərbaycandan reyslərin həyata keçirilməsi planlaşdırılır".

BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O qeyd edib ki, sentyabrın sonunadək həmçinin İsrail, İspaniya, İtaliya, Qırğızıstan və digər ölkələrdən Rusiyaya xüsusi reyslər planlaşdırılır:

"Xarici vətəndaşların Rusiyaya daxil olması ilə bağlı hökumətin 16 mart tarixli qərarı ilə müəyyən edilmiş qaydalara diqqət etməyə çağırırıq".

Son xəbərlər