“Bu 14 ildə Əli İnsanov bir dəfə də ailəsinə zəng vurmadı...”
17
mar
2019
10:22
“Əli İnsanov həbsdə olduğu 14 il ərzində bir dəfə olsun ailə üzvlərinə zəng vurmayıb, onlarla telefonla danışmayıb”-keçmiş səhiyyə nazirinin vəkili Toğrul Bağırov virtualaz.org-a açıqlamasında belə deyib.Vəkilin sözlərinə görə, Əli İnsanovun ailə üzvləri-qızı, oğlu və həyat yoldaşı Bakıda yaşayır. Onlar keçmiş nazirin əfv olunduğu haqda xəbəri KİV-lərdən eşidiblər.“Bu illər ərzində o nə qızı, nə həyat yoldaşı ilə görüşməyib və bir dəfə də olsun danışmayıb. Onun xarakteri belədir. Sərtdir. O, telefonla danışmağı xoşlamır”-vəkil qısaca deyib. Və prezidentin əfv sərəncamından sevincini gizlətməyib.Bəs Ə.İnsanov uzun müddətli həbsdən sonra azadlığa buraxılması üçün hakimiyyətə müraciət etmişdimi? Vəkil bu suala belə cavab verib: “Bu dəfə gözləntilər güclü idi. Mən KİV-lərdə dərc edilən yazılar barədə ona danışırdım. Hərçənd özü tezliklə azadlığa çıxacaq və yəqin ki, özü bütün bunlar haqda sizə danışacaq”.BAKU.WS
Oxşar xəbərlər
Prezident Əli İnsanovu əfv etdi
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, Prezidentin imzaladığı əfv sərənca...