Brüs Uillisin son vəziyyəti açıqlandı: “Artıq danışa bilmir, kitab belə oxuya bilmir” - FOTO

Məşhur aktyor Brüs Uillisin son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, aktyorun artıq danışa bilmədiyi qeyd edilib.
Bu barədə rejissor Qlenn Kordon Keyron "The Post"a açıqlamasında bildirib.
Qlenn deyib ki, Brüs kitab belə oxuya bilmir:
"Əgər siz nə vaxtsa Brüs Uillislə vaxt keçirmisinizsə, bilirsiniz ki, həyatı ondan çox sevən insan yoxdur. O həyatı hələ də sevir. Səhər oyanmağı və həyatı tam yaşamağı... Amma indi sanki həyatı kənardan izləyir. Danışa bilmir. Əvvəllər kitab oxumağı sevirdi, amma indi oxuya bilmir".
Qeyd edək ki, uzun müddətdir nitq və idrak qabiliyyətlərinin pozulduğu afaziya diaqnozu qoyulan aktyorun xəstəliyi artıb. Bu dəfə aktyora FTD kimi tanınan frontotemporal demensiya diaqnozu qoyulub.
Brüs xəstəliyinin artdığını öyrəndikdən sonra ailəsi ilə daha çox vaxt keçirməyə başlayıb. 2022-ci ilin martında B. Uillisin nitq pozğunluğu səbəbindən aktyorluq karyerasını bitirdiyi açıqlanmışdı.


Oxşar xəbərlər
Tanınmış aktyor 68 yaşını indiki və keçmiş arvadı ilə qeyd etdi - FOTO
Məşhur aktyor Bryus Uillisin 68 yaşı tamam olub. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, ailə üzvlərini bir araya yığaraq Los-Ancelesdəki evində yeni...