Britaniyanın “The Guardian” qəzetində Azərbaycanın əleyhinə yazılmış məqalələrə cavab verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu “The Guardian” qəzetinə ünvanladığı məktubu dərc olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, məktubda bu qəzet tərəfindən ölkəmizin əleyhinə son aylar dərc olunmuş məqalələrə cavab verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilər birmənalı olaraq beynəlxalq səviyyədə Azərbaycanın tanınmış əraziləridir və bu fakt BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə də təsdiq edilib.
Həmçinin qeyd olunub ki, hər bir dövlətin öz ərazi bütövlüyünü müdafiə etməsi BMT nizamnaməsində qeyd olunduğu kimi onun ən əsas vəzifəsidir.
Bildirilib ki, Cənubi Qafqazda sülhə başlıca mane olan Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsi artıq ortadan qaldırılıb və hər iki ölkənin rəhbərliyi tərəfindən yaxın aylarda sülhün əldə oluna biləcəyi bəyan edilib.
Azərbaycanın beynəlxalq enerji tərəfdaşları ilə əməkdaşlıqdan əldə olunan gəlirlərinin səhiyyə, infrastruktur, təhsil və digər sahələrə yönəldiyi qeyd olunub, nəticədə Azərbaycanın Cənubi Qafqaz regionunda ən inkişaf etmiş ölkəyə çevrildiyi bildirilib. Ermənistan ilə sülh razılaşmasının isə bütövlükdə regiona sabitlik və iqtisadi inkişaf gətirəcəyi vurğulanıb.
Ətraflı bu linkdən tanış ola bilərsiniz.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...