Britaniyanın Müdafiə Qərargahının rəhbəri Ukraynada Zalujnı ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə görüşüb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Zalujnı admiral Radakini döyüş meydanındakı vəziyyət, Ukrayna hərbçilərinin hücum və müdafiə hərəkətləri barədə ətraflı məlumatlandırıb.
Bundan əlavə, onlar Ukrayna ordusunun təcili ehtiyaclarını müzakirə ediblər.
Qeyd edək ki, Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan Kiyevi ardıcıl olaraq dəstəkləyir. Xüsusilə, müasir tank və uzaqmənzilli raketləri Ukraynaya tədarük edən ilk ölkələrdəndir.
Oxşar xəbərlər
Rusiya Ukraynaya 11 "İsgəndər" raketi atıb - Zalujnı
Rusiya son raket hücumunda Ukraynanın Kiyev vilayətinə 11 ədəd "İsgəndər-M" və "İskəndər-K" raketləri endirib. Ukrayna hərbçiləri bütün raketləri vurub. BAKU.WS...