Britaniyalı deputatdan ÇAĞIRIŞ: Ermənistan mina xəritələrini Azərbaycana verməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britanıyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Con Houell bu gün qurumun işə başlayan yay sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.
"İnsan ölümünün qarşısını almaq üçün bölgənin minalardan təmizlənməsi vacibdir. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir. Bütün beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardımçı olmalıdır. Hər iki xalq, Azərbaycan və erməni xalqı sülhə doğru irəliləməlidir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib - VİDEO
BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri davam edir. BAKU.WS xəbər verir ki, senty...