Britaniya mediası Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündən yazıb
Böyük Britaniyanın aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən görüşünü diqqət mərkəzində saxlayıblar.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, "Sky News", "BBC News" və beynəlxalq xəbər agentlikləri, o cümlədən "Reuters", Ağ Evdə baş tutan danışıqlarda tərəflərin Birgə Bəyannamə imzaladığını, sənədin regionda uzunmüddətli sülhün bərqərar olması üçün əhəmiyyətini vurğulayıblar.
BBC-nin məlumatında bildirilir ki, Prezident İlham Əliyev bu günü tarixi gün adlandırıb, Ermənistanın Baş naziri Nikol Paşinyan isə sazişin yeni bir dövrün başlanğıcı olduğunu bildirib
Xəbərlərdə ABŞ Prezidenti Donald Trampın imzalanma mərasimində hər iki ölkənin hərbi əməliyyatları həmişəlik dayandırmağa, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa razılıq verdiyini açıqladığı qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
MEDİA Səməd Seyidovun adından paylaşılan "deep fake" videosu ilə bağlı açıqlama yayıb
Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyido...