“Bravo” Goranboyda “Dağ qartalları”na sovqat göndərdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Bravo” supermarketlər şəbəkəsi Goranboyda “Dağ qartaları”nın sovqatını sahiblərinə çatdırıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi müxtəlif ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyasını davam etdirir.
Aksiya çərçivəsində Goranboy rayonunda hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar göndərilib.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin, əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
“Bravo” Qubadlının Xanlıq kəndində - VİDEO
44 günlük Vətən Müharibəsində Azərbaycana tarixi qələbəni qazandıran, şübhəsiz, müzəffər ordumuz oldu. Elə bu məqsədlə Azərbaycan Respublikasının Birinci vitse-...