İbrahim Kalın ABŞ-də Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

İbrahim Kalın ABŞ-də Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi
Siyasət 110

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.

BAKU.WS-in "TRT Haber"ə istinadən məlumatına görə, ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutan görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələr müzakirə olunub.

Danışıqlar zamanı Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji təhlükəsizliyi, terrorla mübarizə, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqaz və Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Zəlzələ zamanı ABŞ və beynəlxalq ictimaiyyətin Türkiyəyə verdiyi dəstək və göstərdikləri həmrəylik ifadə edilib.

Son xəbərlər