BQXK nümayəndələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər

BQXK nümayəndələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər
Siyasət 73

"Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər".

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

"Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamalarına şərait yaratsın", - qurum rəsmisi bildirib.

Son xəbərlər