Böyük Britaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı

Böyük Britaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı
Siyasət 107

Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert cümə günü Rusiya Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb və Londonun növbəti anti-Rusiya sanksiyaları paketini qəbul etməsi ilə bağlı ona kəskin etiraz bildirilib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu cür destruktiv kursun davam etməsi qaçılmaz olaraq ikitərəfli münasibətlərin tamamilə məhvinə gətirib çıxaracaq.

Bəyanatda həmçinin bildirilib ki, Moskva Londonun başlatdığı bütün sanksiyalara sərt və qəti şəkildə cavab verəcək və əks tədbirləri görəcək.

“Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı növbəti sanksiya məhdudiyyətləri Londonun Moskva ilə açıq qarşıdurmanın lehinə son seçimi etdiyini göstərir” – deyə qeyd edilir.

Son xəbərlər