Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb Liberiya bayrağı altında üzən "Peria" neft tankerində yaranan nasazlıqdır.
Türkiyə Sahil Mühafizəsi tanker təhlükəsiz yerə çəkilənə qədər boğazdan keçən nəqliyyatın hər iki istiqamətdə dayandırıldığını bildirib.
250 metrlik tanker şimal-cənub istiqamətində hərəkət zolağının mərkəzi hissəsində yerləşir. Onun yaxınlığında iki yedək gəmisi və bir sahil mühafizə gəmisi işləyir. O, İstanbul vilayətinin Qara dəniz limanından İzmirin Əliağa limanına gedirmiş.
Oxşar xəbərlər
Sahildə fırtına, Şərqdə qar - Türkiyə qeyri-sabit havanın ağuşunda - FOTO
Türkiyədə müşahidə olunan qeyri-sabit hava şəraiti 2 gündür ki davam edir. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin bir tərəfində qarlı hava, di...
