Bolqarıstan Rusiya səfirliyinin 70 əməkdaşını ölkədən çıxarır - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstan 70 diplomatı və Rusiya səfirliyinin texniki heyətinin nümayəndələrini “persona non qrata” elan etmək qərarına gəlib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sofiyadakı səfirliyindən məlumat verilib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, Rusiya Bolqarıstanın 70 diplomatını ölkədən çıxarmasına cavab verəcək.
Qeyd edək ki, Bolqarıstanın baş naziri vəzifəsini icra edən Kiril Petkov ölkə parlamentindəki çıxışında səfirlik nümayəndələrinin xüsusi xidmət orqanlarının əməkdaşları olduğunu bəyan edib.
O qeyd edib ki, iyulun 3-dək həmin əməkdaşlar Moskvaya göndəriləcək.
Oxşar xəbərlər
Daha bir ölkə 10 rus diplomatını persona non-qrata elan etdi
Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını persona non-qrata elan edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rumıni...