Boçorişvili: "Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazda inkişaf üçün imkan yaradır"
"Azərbaycan və Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm təməl daşıdır və regionda uzunmüddətli sabitlik və inkişaf üçün yeni imkanlar yaradır".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının 32-ci iclasında deyib.
"Vaşinqtonda ABŞ prezidentinin vasitəçiliyi ilə əldə olunmuş tarixi sülh sazişini - "Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" razılaşmanı alqışlayıram. Bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm təməl daşıdır və regionda uzunmüddətli sabitlik və inkişaf üçün yeni imkanlar yaradır.
Gürcüstan sülhün və regional əməkdaşlığın təşviqini qətiyyətlə davam etdirəcək və beynəlxalq hüququn təmin edilməsi, suverenliyin qorunması, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün bütün tərəfdaşlarla işləməyə hazırdır", - deyə Boçorişvili bildirib.
Oxşar xəbərlər
Vilayət Eyvazov: Daxili Qoşunlar istənilən xidməti-döyüş tapşırığını yerinə yetirməyə qadirdir
Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını uğurla və layiqincə yerinə yetirməyə qadir. BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın daxili...