BMT: Son 50 ildə 11 mindən çox təbii fəlakət olub, iki milyon insan ölüb

BMT: Son 50 ildə 11 mindən çox təbii fəlakət olub, iki milyon insan ölüb
Siyasət 1053

Dünyada son 50 ildə 11 mindən çox təbii fəlakət baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin bəzi qurumlarının birgə hesabatında deyilir.

Hesabata əsasən, ötən müddət ərzində təbii fəlakətlər səbəbindən 2 milyon insan həyatını itirib. Su, hava və iqlimdən qaynaqlanan təbii fəlakətlərin vurduğu iqtisadi zərər isə 3,6 trilyon dollar təşkil edib.

Hesabat dövründə hər bir təbii fəlakətə görə qeydə alınan ortalama ölü sayı üçdə bir dəfə azalıb, qeydə alınan təbii fəlakətlərin sayı 5 dəfə, iqtisadi zərərlər isə 7 dəfə artıb.

Hesabata əsasən, son 20 ildə Çində 577, ABŞ-da 467, Hindistanda isə 321 təbii fəlakət baş verib. Ən böyük təbii fəlakətin səkkizi Asiyada olub.

Son xəbərlər