BMT-nin qərargahı önündə Ermənistanın hərbi təxribatına qarşı aksiya keçiriləcək

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçiriləcək.
BAKU.WS “report”a istinadən xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutacaq.
Aksiyada məqsəd sərhəddə baş verənləri və Azərbaycanın haqq səsini Baş Assambleyanın 77-ci sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən dövlət və hökumət nümayəndələri, diplomatlar, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edəcək.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...
