BMT Baş katibi ABŞ və Rusiyanı strateji silahların məhdudlaşdırılması ilə bağlı razılığa çağırıb
BMT Baş katibi Antoniu Quterriş ABŞ və Rusiyanı danışıqlar masasına qayıtmağa və Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini əvəz edəcək sazişlə bağlı razılıq əldə etməyə çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Vaşinqton Silahlara Nəzarət Təşkilatının illik iclasının iştirakçılarına videomüraciətində söyləyib.
“Mən həmçinin ABŞ və Rusiya Federasiyasını danışıqlar masasına qayıtmağa, yeni Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsini tam şəkildə yerinə yetirməyə, onu əvəz edəcək sazişlə bağlı razılığa gəlməyə çağırıram”, - A.Quterriş deyib.
Oxşar xəbərlər
ABŞ nüvə silahı olan bütün ölkələri nüvə sınaqlarına moratorium elan etməyə çağırıb
ABŞ nüvə silahına malik olan bütün ölkələri bu növ silahların sınaqlarına moratorium elan etməyə və onu həyata keçirməyə davam etməyə çağırıb. BAKU.WS “report”a...