BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gələcək

31
mar
2021
22:14
BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının Sədri Volkan Bozkır 1-12 aprel tarixlərində Türkiyə, Qətər və Azərbaycana səfər edəcək.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma brifinqdə deyib.O bildirib ki, BMT Baş Assambleyasının Prezidenti Türkiyəyə səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM Başqanı Mustafa Şəntop və Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.V.Bozkır TBMM-də qlobal böhranlar, çoxtərəflilik və BMT barədə çıxış edəcək. Mətbuat katibi qeyd edib ki, V.Bozkır Hatay bölgəsini ziyarət edərək suriyalı qaçqınlarla da görüşəcək.Türkiyəyə ziyarətini tamamladıqdan sonra o, Qətər və Azərbaycana səfər edəcək.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
