BMT Baş katibinin birinci müavini Azərbaycana səfər edəcək
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin birinci müavini Əminə Məhəmməd gələn həftə Azərbaycana səfər edəcək.
Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik "Report"un ABŞ bürosuna açıqlamasında bildirib.
Mətbuat katibi qeyd edib ki, Əminə Məhəmməd COP29 konfransından əvvəl, yəni 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək COP-öncəsi tədbirdə iştirak edəcək:
"Səfər çərçivəsində Baş katibin birinci müavini Bakıda Azərbaycanın dövlət və hökumət rəsmiləri, COP29 çərçivəsində bir çox üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə görüşlər keçirəcək.
Görüşlərdə COP29 hazırlıqları və müxtəlif mövzularda fikir mübadiləsi aparılacaq. Ə.Məhəmməd 11 oktyabrda Nyu-Yorka dönəcək", - sözçü bildirib.
Oxşar xəbərlər
25 noyabr - Kəlbəcər Şəhəri Günüdür
25 noyabr - Kəlbəcər Şəhəri Günüdür. BAKU.WS xəbər verir ki, Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biri olmaqla bərabər qədim tarixə malikdir. "Kəlb...