BMT Azərbaycanın Londondakı səfirliyinə hücuma reaksiya verdi

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Azərbaycanın Londondakı səfirliyinə hücuma reaksiya verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Stefan Dujarrik deyib.
“Bu məsələyə BMT Təhlükəsizlik Şurası münasibət bildirməlidir. BMT bütün dünyada diplomatik binalara hörmətlə yanaşmağın vacibliyinə inanır”, - Stefan Dujarrik vurğulayıb.
“Mən bununla bağlı xəbərlərlə mətbuatda tanış oldum. Baş verənlərlə bağlı hər hansı təfərrüatlı birinci əldən məlumatım yoxdur. Ümumi prinsip bəyanatımız olaraq deyə bilərəm ki, BMT bütün dünyada diplomatik binalara hörmətlə yanaşmağın vacibliyinə inanırıq”, - BMT Baş katibinin sözçüsü əlavə edib.
Qeyd edək ki, radikal dini dəstə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandallıq aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb.
Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...
