Blinken Azərbaycanın Respublika Günü münasibətilə bəyanat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ hökuməti adından Azərbaycan xalqını Respublika Günü və 1918-ci ildə müsəlman dünyasında ilk demokratik hökumətin qurulması münasibətilə təbrik edirəm.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin bu barədə bəyanatı departamentin saytında yerləşdirilib.
O qeyd edib ki, ABŞ Azərbaycanla iqtisadi, enerji və təhlükəsizlik sahələrində 30 illik tərəfdaşlığı yüksək qiymətləndirir:
“Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfəni alqışlayırıq.
Amerika Birləşmiş Ştatları minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında şəxsi mübadilə və səfirliklərimizin ictimaiyyətlə əlaqələri yolu ilə qurduğu əlaqələri də yüksək qiymətləndirir”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...