Blinken ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə dəstəyini ifadə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirilib.
Dövlət katibi, həmçinin danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini qeyd edib.
O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.
Oxşar xəbərlər
İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub - YENİLƏNİB - FOTO
İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib. Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidmə...