Biznesmenlər koronavirusa görə bir gecəyə 139 milyard dollar itirib

Biznesmenlər koronavirusa görə bir gecəyə 139 milyard dollar itirib
Siyasət 279

Dünyanın ən varlı insanları bazar ertəsi birjalarda koronavirusun qlobal iqtisadiyyata zərbə vuracağı ilə əlaqədar ehtiyatlı davrandığına görə 139 milyard ABŞ dolları itiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

LVMH şirkətlər qrupunun baş direktoru Bernard Arnault və "Amazon" şirkətinin rəhbəri Jeff Bezosun hər biri 4,8 milyard dollar itiriblər.

"Zara"nın sahibi Amancio Otreqa 4 milyard, Mark Zukerberq isə 3,48 milyard dollarından məhrum olublar.

Son xəbərlər