Birinci vitse-prezidentin köməkçisi Cenevrə görüşünün vaxtının dəyişdirilməsindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulmuşdu. Amma görüşün vaxtı dəyişdirilib”.
BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Bərdədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti məsələnin sülh prosesi ilə həll olunmasında maraqlı deyil:
“Azərbaycan işğal altında olan torpaqlarını qaytarmaq üçün humanitar atəşkəsə razılıq verdi, amma onlar humanitar atəşkəsi bilərəkdən pozdular. Gördüyünüz kimi, dinc əhaliyə qarşı hücumlar həyata keçirilib”.
“Azərbaycan bundan sonra beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edəcək”, - deyə E.Əmirbəyov qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...