Bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib

Bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib
Siyasət 73

Sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçki 86 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınmış namizəd Cavid Hacıbəylinin şikayətinə baxılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) və Ekspert qrupunun üzvü Qabil Orucovun təqdimatına əsasən, namizəd müraciətində seçki məntəqələrində pozuntuların olduğunu iddia edib və səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib. Lakin namizəd və ya onun müşahidəçiləri seçki dairəsinin 7, 16, 15, 21, 22, 24, 25, 27, 30, 31, 34, 35, 37, 40, 42, 41, 45, 46, 51, 54 və 52 saylı seçki məntəqələrində müşahidə aparmadığı halda səsvermənin nəticələrini mübahisələndirib. Araşdırma nəticəsində məlum olub ki, həmin dairənin yalnız 7 saylı seçki məntəqəsində pozuntular qeydə alınıb. Bu baxımdan, qeyd olunan məntəqələrdə səsvermənin nəticələrini ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilib. Qərara əsasən, 86 saylı Ağcabədi seçki dairəsinin 7 saylı məntəqəsi etibarsız hesab edilib.

Həmçinin 97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsi üzrə qeydə alınmış namizəd Məcidzadə Şəhriyarın da şikayətinə baxılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) və Ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərovun

təqdimatına əsasən, namizəd müraciətində seçki məntəqələrində pozuntuların olduğunu iddia edib və səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib. Araşdırma nəticəsində məlum olub ki, həmin dairənin 12 məntəqəsindən şikayət olunsa da, yalnız 3, 4 və 18 saylı məntəqələrdə seçicilərin iradəsinə mane olan hallar müşahidə edilib. Bu baxımdan, qeyd olunan məntəqələrdə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilib və ona görə də sözügedən məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib.

Son xəbərlər