Beyrut limanındakı partlayışın SƏBƏBİ AÇIQLANDI - VİDEO
Livanın paytaxtı Beyrutdakı partlayışdan sonra gecə yarısından etibarən ölkənin Ali Müdafiə Şurasının qərarı ilə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.
BAKU.WS xəbər verir ki, hadisəni araşdırmaq üçün komissiya yaradılıb, hesabat yaxın beş gün ərzində hazırlanacaq.
Müdafiə Şurasının iclasında çıxış edən Baş nazir Həsən Diab bildirib ki, faciədə günahkarların hamısı məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaq.
O əlavə edib ki, limanda altı il ərzində 2750 ton ammonium nitratının düzgün saxlanılmaması nəticəsində partlayış baş verib.
Bu arada “LBC International” telekanalı xəbər verib ki, Beyrut limanındakı partlayış aparılan qaynaq işləri zamanı qeydə alınıb. Oğurluq hallarının qarşısını almaq üçün hasardakı dəliklərdə qaynaq işləri görülüb. Bu zaman dəhşətli partlayış baş verib.
Qeyd edək ki, Beyrutdakı partlayışda ölənlərin sayı 100-ə çatıb, minlərlə yaralı var.
Oxşar xəbərlər
Beyrutdakı partlayışın dəhşətli nəticəsi: 100 ölü, 4 min yaralı - VİDEO - YENİLƏNİB
Livan Qırmızı Xaç Komitəsinin məlumatına görə, Beyrut limanında baş verən partlayışda ən az 100 nəfər ölüb, 4 mindən çox insan yaralanıb. ***09:25 Beyrut lima...