Beyrutda güclü partlayış olub - VİDEO (HADİSƏ YERİNDƏN CANLI YAYIM)

Beyrutda güclü partlayış olub - VİDEO (HADİSƏ YERİNDƏN CANLI YAYIM)
Video
Siyasət 1219

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

BAKU.WS-in məlumatına görə, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. "Reuters"in ilkin məlumatına görə, 10 nəfər ölüb.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.

Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.

Son xəbərlər