Beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən prezident seçkiləri HAQQINDA
11
apr
2018
22:38
Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) müşahidə missiyası seçkilərin yekunları ilə bağlı mətbuat konfransı keçirib.Çıxış edən təşkilatın baş katibi Altunbek Mamaisupov Azərbaycanda keçirilən seçkilərlə bağlı müxtəlif görüşlər keçirildiyini deyib.Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek Azərbaycanda keçirilən seçkilərin yüksək səviyyədə təşkil olunduğunu deyib.O, bildirib ki, missiya Azərbaycanda olduğu müddətdə çoxsaylı görüşlər keçirib: “Bu gün keçirilən seçkiləri mən və digər həmkarların yaxından müşahidə etdik. Bakı, Sumqayıt və Xırdalanda müşahidələr apardıq. Eyni zamanda seçicilər və müşahidəçilərlə söhbətlər apardıq. Sevindirici hal odur ki, Azərbaycanda keçirilən bu seçkilərdə fəallıq çox yüksək idi, kameralar yüksək səviyyədə işləyirdi, şəffaflıq təmin olunmuşdu, hər kəs azad şəkildə öz namizədinə səs verirdi”.Haluk İpek əlavə edib ki, seçim prosesində hər hansı qanun pozuntusu qeydə alınmayıb: “Xüsusən qeyd edim ki, əlillərin səs verməsi üçün yüksək şərait yaradılmışdı. Türk PA missiyası Azərbaycanda təşkil olunan prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini müşahidə edib”.
GUAM-ın Parlament Assambleyasının müşahidə missiyası da Azərbaycanda prezident seçkilərinin yekunlarını yüksək qiymətləndirib. Təşkilatın Gürcüstan parlamenti heyətinin rəhbəri Georgi Mosidze Bakı, Sumqayıt və Xızıda müşahidə apardıqlarını deyib.Onun sözlərinə görə, seçki sağlam rəqabət şəraitində, demokratik şəkildə keçib: “Deyə bilərəm ki, seçkiləri müşahidə zamanı ciddi qanun pozuntusu qeydə almadıq. Olduğumuz məntəqələrdə seçici fəallığı var idi. Seçki sağlam rəqabət şəraitində keçdi. Mərkəzi Seçki Komissiyasının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm”.Assambleyanın müşahidə missiyasının üzvü Oleq Medonidsa da seçkilərin şəffaf şəkildə keçirildiyini deyib, prosesin uğurla başa çatdığını əlavə edib.
"Sivil dialoq" adlı beynəlxalq müşahidəçi qrupu da seçkilər haqqında müsbət bəyanat yayıb. İtaliya parlamentinin sabiq üzvü, İtaliya xarici əlaqələr komitəsinin hazırkı üzvü Antonio Radze bildirib ki, bu gün müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.“Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin skan olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm".İtaliya parlamentinin üzvü Cakomo Bedze isə bildirib ki, çox yüksək seçici fəallığı müşahidə edib: “Seçki prosesi mükəmməl təşkil olunub, seçicilərin mühafizəsinə xüsusi diqqət yetirilib. Kaş ki, İtaliyada da seçkilər belə yüksək səviyyədə keçirilərdi. İki ölkə arasında münasibətlərin daha da yaxşılaşacağını arzu edirəm".Finlandiya Senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib: “Hətta Belçikada bu cür şəffaflıq yoxdur. Bakı İslam və Qərb mədəniyyətinin birləşdiyi məkandır. İlham Əliyevin bunda rolu çox böyükdür. Güman ki, İlham Əliyev qalib gələcək, çünki ölkəni dünya standartlarına uyğun idarə edir".Argentina parlamentinin üzvü, Cənubi Amerika parlamentlərarası birliyinin vitse-prezidenti Daniel Ramundo isə Azərbaycanın açıq ölkə olduğunu deyib: "Mənə məlumat verildi ki, yüksək səviyyədə təşkil edilən seçkilərdə saat 12.00-dək seçici fəallığı 45 faiz olub. Deyə bilərəm ki, demokratiya bu ölkədə artıq tam bərqərar olub. Demokratik mühitdə keçirilən hər seçki Azərbaycanın Avropa ailəsinin üzvü olmağa doğru atılan bir addımdır".BAKU.WS
Oxşar xəbərlər
Prezident seçkiləri ilə bağlı məhkəmələrə şikayət olmayıb
Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı məhkəmələrə müraciət olunmayıb.Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, məhkəmələrdən əldə olunmuş məlum...